“LexLab” Hüquq Olimpiadası


“LexLab” Hüquq Olimpiadası — gənclərin hüquqi biliklərini artırmaq, konstitusiya və suverenlik mövzularında düşüncə mədəniyyətini inkişaf etdirmək və onları bir araya gətirmək məqsədi daşıyan dörd həftəlik dinamik platformadır.

 Olimpiadanın ilk həftəsində iştirakçılar hüquq, insan hüquqları, konstitusiya və suverenlik anlayışları üzrə interaktiv təlimlərdə iştirak edəcək, komanda quruculuğu fəaliyyətləri ilə tanış olacaqlar. Sonrakı mərhələlərdə isə hüquqi debatlar, komanda işi, araşdırma və məqalə hazırlığı sayəsində çıxış bacarıqlarını, arqument qurma və əsaslandırma qabiliyyətlərini inkişaf etdirəcəklər. Üçüncü mərhələdə real məhkəmə proseslərini müşahidə edib, məhkəmə simulyasiyalarında iştirak edərək hüquq praktikasının incəliklərini öyrənəcəklər. Final mərhələsində isə gənclər hüquqi maarifləndirmə və ictimai faydalı sosial layihələrini təqdim edəcəklər. Qalib gələn iştirakçıları layihələrinin maliyyə və təşkilati dəstək vasitəsilə həyata keçirilməsi, həmçinin digər mükafatlar gözləyir.

 Olimpiada boyunca hüquqşünaslarla görüşlər, mədəni və idman tədbirləri, şəbəkələşmə imkanları təşkil olunacaqdır.

 İştirakçılar üçün tələblər: 16–29 yaş aralığında olmaq; hüquq ixtisası üzrə təhsil almaq tələb olunmur.



* İşarəsi ilə qeyd edilmiş bəndlər mütləq doldurulmalıdır.

    *

    *

    *

    *

    *

    *

    *

    *

    * (Yalnız .jpg, .jpeg, .png)

    *


    *

    *

    *
    *
    *

    CaptchaYenilə